YAP MSK üzvlüyünə namizədlərinin siyahısını təqdim etdibackend

YAP MSK üzvlüyünə namizədlərinin siyahısını təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədlərinin siyahısını parlamentə təqdim edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”a mötəbər mənbə məlumat verib.

Mənbə bildirib ki, Seçki Məcəlləsinin müvafiq maddəsinə əsasən, parlamentdə çoxluq təşkil edən partiya Milli Məclisə Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizədlər təqdim etməlidirlər. Bununla bağlı da bu gün partiyanın İdarə Heyətinin iclası keçirilib və 6 nəfərin MSK üzvlüyünə namizədliyi irəli sürülərək təsdiqlənib. Artıq partiyanın bununla bağlı məktubu Milli Məclisə təqdim olunub.

Qeyd edək ki, YAP-ın MSK üzvlüyünə namizədləri bunlardır:

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Validə Kazımova

Sürəddin Hümbətov – ehtiyat üzv