Qarabağda bələdiyyə seçkiləri keçiriləcək? – MSK sədribackend

Qarabağda bələdiyyə seçkiləri keçiriləcək? – MSK sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7 fevralda keçirilən prezident seçkiləri öncəki seçkilərlə müqayisədə xaricdə səs verən vətəndaşlarımızın sayı iki dəfə çox olub.

NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Qurum sədri bildirib ki, bu da MSK və Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı nəticəsində mümkün olub:

“ 7 fevral seçkiləri ölkəmiz üçün tarixi seçki idi. Çünki seçkilər ilk dəfə ölkənin bütün ərazilərində keçirilirdi”.

M. Pənahov əlavə edib ki, bu il həm də bələdiyyə seçkilərində Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzuli, həmçinin azad edilən digər bütün ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək:

“Həmin vaxta qədər də o yerlərə vətəndaşların köçürülməsi prosesi də davam edəcək. Bizim üçün əsas məsələ seçki komissiyalarının bu prosesə hazır olmasıdır”.