Yaponiyada fırtına təhlükəsibackend

Yaponiyada fırtına təhlükəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada “Yun-yeunq” tropik qasırğası nəticəsində çaylar daşıb, su basıb və sürücülər yollarda qalıb. 78 min 418 adam təxliyə edilib.

NOCOMMENT.az xəbər verir ki, Yaponiyaya yaxınlaşan və güclü yağışlara səbəb olan “Yun-yeung” tropik qasırğası nəticəsində çaylar daşıb, bir çox bölgələrdə daşqınlar baş verib, sürücülər yollarda qalıb. 78 min 418 adam təxliyə üçün çağırılarkən, bəzi qatar səfərləri ləğv edilib.

Yaxınlaşan qasırğa xüsusilə Kanto bölgəsinə mənfi təsir göstərib. Yaponiya Meteorologiya İdarəsinin səhər saatlarında Şizuoka əyalətinin sahillərindən şimala doğru hərəkət etdiyini açıqladığı fırtına quruya çatmazdan əvvəl bir çox bölgədə güclü yağışlara səbəb olub. Çiba prefekturasında çay daşqınları baş verib, avtomobil yolları və dəmir yolu xətləri su altında qalıb. Qatar operatoru JR bir çox qatar xidmətlərinin dayandırıldığını və ya gecikdiyini açıqladı. Çiba əyalətində ən az 40 min 84 ailədə yaşayan 78 min 418 nəfər üçün təxliyə çağırışı edilib.