Yaponiyada iki hərbi helikopter qəzaya uğrayıbbackend

Yaponiyada iki hərbi helikopter qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 7 nəfər itkin düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Minoru Kihara brifinqdə bildirib.

Nazir aydınlıq gətirib ki, qəzanın ehtimal olunan səbəbi hər birində dörd ekipaj üzvü olan iki “SH60K” patrul helikopterinin toqquşması olub. Onun sözlərinə görə, əməliyyat-axtarış tədbirləri zamanı uçuş qeydini artıq tapmaq mümkün olub.

Helikopterlər İzu adaları ərazisində patrul təlimlərində iştirak ediblər.