Yaponiyada qəzaya uğrayan helikopterlərin uçuş qeydləri aşkar edilibbackend

Yaponiyada qəzaya uğrayan helikopterlərin uçuş qeydləri aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın müdafiə naziri Minoru Kihara təlim zamanı düşmüş iki helikopterin uçuş qeydlərinin tapıldığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, registratorlar qəza yerinin yaxınlığında – Torişima adasından 270 kilometr şərqdə yerləşdirilib. İtmiş helikopterlərin bıçaqlarının qalıqları da aşkarlanıb.

Gələcəkdə “qara qutular”dakı məlumatlar analitiklər tərəfindən araşdırılacaq.

Qeyd edək ki, Yaponiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 7 nəfər itkin düşüb.