Yardımlıda torpaq uçqunu: ölən varbackend

Yardımlıda torpaq uçqunu: ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yardımlıda torpaq uçqunu olub, bir nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) NOCOMMENT-ə verilən məlumata görə, hadisə rayonun Gavran kəndində olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə 1 nəfər dərinliyi təqribən 5 metr olan çuxurda uçqun altında qalıb. Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.