Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir?backend

Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rəqəmsal Tibbi Həllər” MMC fiziki şəxs Mehdiyev Araz Yusif oğlu ilə satınalma müqaviləsi imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, müqavilədə ofis sahəsinin icarəyə götürülməsi nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri 561 767,4 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.

“Rəqəmsal Tibbi Həllər” MMC ötən il və 2024-cü ildə də Araz Mehdiyevlə ofis sahəsinin götürülməsi ilə bağlı satınalma müqaviləsi imzalayıb. Hər iki müqavilənin maliyyə dəyəri 561 767,4 manatdır. Araz Mehdiyev haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

“Rəqəmsal Tibbi Həllər” MMC 25 oktyabr 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin rəhbəri Mehdiyev Ramil Yunis oğludur./Qaynarinfo /