Yaşamasına baxmayaraq əhali qeydlərində adı “ölü” kimi qeyd olunubbackend

Yaşamasına baxmayaraq əhali qeydlərində adı “ölü” kimi qeyd olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə çox qəribə bir hadisə yaşanıb.

NOCOMMENT xəbər verir ki, Diyarbəkirin zəlzələ bölgəsində həyatını itirən Necat Özçelikin ada bənzəyən qohumu ‘Nejat Özçelik’ İstanbulda yaşamasına baxmayaraq əhali qeydlərində ölü kimi qeyd olunub.

Bu vəziyyətə üsyan edən Nejat Özçelik “Hazırda hər yerdə ölü görünürəm. Xəstəxanaya gedə bilmirəm, banklarda əməliyyat edə bilmirəm. Çox çətin vəziyyətdəyəm” deyib.

İstanbul Çekmeköydə yaşayan 34 yaşlı Nejat Özçelik fevralın 9-da Diyarbəkirdə baş verən zəlzələlərdə həyatını itirən qohumu Necat Özçeliklə adının oxşarlığına görə ‘ölü’ kimi qeyd edildiyini öyrənib. Özçeliyə ötən gün yol nəzarəti zamanı onun əhali qeydlərində ölü göründüyü bildirilib. Bu məlumatdan şoka düşən Özçelik polis bölməsinə gedərək məlumat almaq istəyib. Polis idarəsində barmaq izləri yoxlanılan Nejat Özçelikin şəxsiyyəti təsdiqlənib.Ölən qohumunun adı ilə oxşarlıq olduğundan qeydlərdə xəta olduğu anlaşılıb. Özçelik elektron hökumət bank hesablarına daxil olaraq yoxlamaq istəyəndə giriş maneəsi ilə qarşılaşıb.