Bakıda marşrut avtobusu ağır qəza törətdi – Ölənlər varbackend

Bakıda marşrut avtobusu ağır qəza törətdi – Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saat 06:30 radələrində Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Sünbül” Şadlıq sarayının qarşısında qeydə alınıb. Novruzov Elnur Ariz oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobillə Səfərov Orxan Adil oğlunun idarə etdiyi 187 nömrəli marşrut avtobusu toqquşub.

Nəticədə “Opel Astra”nın sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Avtobus sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.