Yazıçı Anar əlil arabasında… – FOTObackend

Yazıçı Anar əlil arabasında… – FOTO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anar müəllimin səhhətində heç bir problem yoxdur.

NOCOMMENT.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid bildirib.

“Anar müəllimlə indi danışdım. Səhhətində heç bir problem yoxdur. Kefi kök, canı salamatdır. Bir saatdan sonra da gələcək Yazıçılar Birliyinə. O şəkillə bağlı da dedi ki, nə vaxtsa ayağı ağrıyanda xəstəxanaya gedəndə çəkilib. Hazırda nə ayağında, nə səhhətində heç bir problem yoxdur”, – deyə R.Məcid vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə xalq yazıçısı Anarın əlil arabasında şəkli paylaşılıb və onun səhhətində problem olması ilə bağlı iddialar yayılıb.