Yekaterinburqda 400-dən çox miqrant çağırış vərəqəsi alıbbackend

Yekaterinburqda 400-dən çox miqrant çağırış vərəqəsi alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburqda reydlər nəticəsində 400-dən çox miqrant hərbi qeydiyyata alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Mərkəzi Hərbi Dairə üzrə İstintaq Komitəsi məlumat yayıb.

İdarənin məlumatına görə, ötən ilin noyabr ayının sonundan indiyədək 450 miqrant çağırış vərəqəsi alıb. Belə vətəndaşların sayı “hər gün artır”.

“150-dən çox əcnəbi vətəndaş Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb”, – deyə təşkilat bildirib.

Bildirilir ki, Yeni il bayramı günlərində hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə ticarət mərkəzində yoxlama aparıblar. Nəticədə əvvəllər Rusiya vətəndaşlığını almış, lakin hərbi xidmətdən yayınan 15 miqrant saxlanılıb.