Yelo Bankda keşbek qalmaqalı: Müştərinin bonusu xəbərdarlıq edilmədən silinibbackend

Yelo Bankda keşbek qalmaqalı: Müştərinin bonusu xəbərdarlıq edilmədən silinib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İbrahim Həsənli adlı vətəndaş sosial şəbəkədə Yelo Bankla bağlı narazılığını paylaşıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, kartında toplanan gözləyən keşbek məbləği bank balansına keçməli olduğu halda qəfil olaraq 0-a düşüb.

Şikayətçi bildirir ki, məsələ ilə bağlı bankın müştəri xidmətlərinə zəng etsə də, operator tərəfindən qaneedici izahat verilməyib:

“Gözləyən keşbek balansıma köçmədən 0 oldu. Operatora zəng vururam, xanım nağıl danışır. Çox bərbad bankdır”.

İbrahim Həsənli bankdan bu problemin səbəbi və keşbek məbləğinin niyə silindiyi ilə bağlı aydınlıq tələb edir.