Yeni çəkilən avtobus zolağı yolda daha xaotik vəziyyət yaradıb – Sürücülər narazıdır – VİDEObackend

Yeni çəkilən avtobus zolağı yolda daha xaotik vəziyyət yaradıb – Sürücülər narazıdır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Sumqayıt yolunda yeni çəkilən avtobus zolağı sürücülər arasında narazılıq yaradıb. Əvvəllər dörd zolaqla hərəkət edən avtomobillər indi üç zolaqla yol alır və bu da tıxacları daha da artırıb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sürücülər bildirirlər ki, əvvəllər 20 dəqiqəyə qət etdikləri məsafəni indi ikiqat vaxta gedirlər.

Sürücülərin sözlərinə görə, həmin yolda daim tıxac olub. Lakin zolaq sayının azaldılmasından sonar vəziyyət daha da xaotik hal alıb.

Ekspertlər isə bildirirlər ki, həmin istiqamətdə yasayıs məntəqələrinin çoxluğu nəqliyyat axınını artırır. Ekspertlər problemin həlli kimi vətəndaşların ictimai nəqliyyata üstünlük vermələrini görür.

Qeyd edək ki avtobuslar əvvəllər Moskva prospekti- Biləcəri enişi və dairəsi kimi tanınan ərazidən keçməklə Sumqayıt-Masazır-Xırdalan istiqamətində hərəkət edirdilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.