Yeni faktlar: Rəfael Cəbrayılovun mənə borcu var, onun qardaşından isə…backend

Yeni faktlar: Rəfael Cəbrayılovun mənə borcu var, onun qardaşından isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin sabiq deputatı, həbsxanada olduğu dövrdə vəfat etmiş Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Təranə Fətəliyeva ifadə verib.

O bildirib ki, mərhum deputat Rafael Cəbrayılovla qohum olduqları üçün ona borc verib: “Mənə dedi ki, bina tikmək istəyirəm, kömək etsən, yaxşı olar. Bütün qohumlar da yığışıb kömək etdik. Hazırda mənə 300 min manat borcu qalıb”.

Vəkilin suallarını cavablandıran zərərçəkmiş qeyd edib ki, Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovdan 100 min manata ev alıb.

Bununla bağlı vəkillərin əlavə sualları yaranıb. Vəkillər Təranə Fətəliyevanı növbəti prosesə yenidən dəvət olunmasını, onun daha dəqiqləşdirici suallar veriləcəyini deyiblər.

Hakim bunu nəzərə alınacağını bildirib.

Proses mayın 12-də davam edəcək.