Yeni güc oyunu: Ukrayna kənarda qaldı – Putin–Tramp Budapeştdə gizli plan qurur?backend

Yeni güc oyunu: Ukrayna kənarda qaldı – Putin–Tramp Budapeştdə gizli plan qurur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Budapeştdə Putin–Tramp görüşünün keçirilməsi geosiyasi baxımdan məqsədli və hesablanmış qərardır. Bu şəhər hər iki lider üçün siyasi cəhətdən rahat və qarşılıqlı etimad mühitinə malik nadir Avropa paytaxtlarından biridir”.

Bu fikirləri politoloq Tural İsmayılov NOCOMMENT.az-a açıqlamasında səsləndirib:

Tural İsmayılovv

“Viktor Orbanın həm Moskva, həm də Tramp administrasiyası ilə yaxın münasibətləri Budapeşti təbii vasitəçiyə çevirir. Macarıstanın Qərbin vahid siyasətindən kənara çıxan xətti bu görüşü daha da strateji edir. Bu addım Avropada mövcud siyasi parçalanmanın real miqyasını nümayiş etdirir.

Kreml üçün Budapeşt Avropa ilə dialoqu davam etdirmək imkanının hələ də mövcud olduğunun simvolik təsdiqidir. Tramp üçün isə görüş Avropadakı prosesləri Vaşinqtonun birbaşa nəzarətinə qaytarmaq niyyətinin göstəricisidir”.

Politoloq qeyd edir ki, bu toplantı Ukrayna məsələsində yeni danışıqlar formatının formalaşa biləcəyinə işarə edir.

“Görüşün Kiyevin iştirakı olmadan baş tutması münaqişə üzrə qərarvermə mərkəzinin dəyişməsi riskini yaradır. Avropa Birliyi üçün bu tədbir təhlükəsizlik və diplomatiya sahəsində koordinasiyanın zəiflədiyini ortaya qoyur. Budapeşt seçimi həm də Qərbdə alternativ siyasi mövqelərin gücləndiyini göstərən faktordur. Macarıstanın sabit daxili siyasi idarəçiliyi belə görüşün təşkilinə əlverişli şərait yaradır. Bu toplantı qlobal güclər arasında yeni kommunikasiya kanallarının formalaşmasının siqnalı kimi qiymətləndirilir. Ümumi nəticə ondan ibarətdir ki, Budapeşt bu görüşlə beynəlxalq diplomatiyada mühüm və qeyri-ənənəvi mərkəz statusu qazanır”.

Aynurə İsmayıl