Yeni il tətili harada daha ucuzdur? – VİDEObackend

Yeni il tətili harada daha ucuzdur? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycanda 5 ulduzlu hotellərdə istirahətin qiymətləri ilə maraqlanmışıq. Məsələn, Türkiyədə 1700 manata 5 günlük istirahət edə biləcəyiniz halda, Azərbaycandakı bəzi hotellərə 1200 manat ödəyib bu qiymətə cəmi 2, ya da 3 gün istirahət edə bilərsiniz. Üstəlik xidmətlərdə də fərqlər var.

NOCOMMENT xezerxeber-ə istinadən xəbər verir ki, xaricdə istirahətə üstünlük verən yerli turistlərin əksəriyyəti yeni il tətili üçün əsasən İstanbulu seçir.

Turizm üzrə ekspert Murad Əhədzadə deyib ki, 2 nəfərlik Türkiyə turları əsasən 4 gecə-5 gün olur. Bu ölkədə 5 ulduzlu hoteldə istirahət turistlərə minimum 1000 dollara başa gəlir.

Dubaya gedənlər də az deyil. Bu ölkəyə təşkil olunan “4 gecə-5 gün” turlar isə 1500 dollardan başlayır. Murad Əhədzadə deyir ki, bu qiymət turistin seçimindən asılı olaraq arta bilər.

Turizm üzrə ekspert Rəhman Quliyev isə deyir ki, tətillə əlaqəli bölgələrdə olan hotellərə tələb artıb. Tələb çoxluğu qiymətlərə təsirsiz ötüşməyib. Ekspert deyir ki, yerli hotellərdə istirahət xaricdə istirahətdən heç də ucuz deyil. 5 ulduzlu hotellərdə 2 nəfərin istirahət etməsi olduqca bahadır. Üstəlik daxildə yeni il turlarının müddəti 4 gecə 5 gün deyil, cəmi 2, ya da 3 gün olur.

Ekspertlər deyirlər ki, aviabiletlərin baha olduğunu nəzərə alsaq, xarici hotellərdə istirahət yerlilərlə müqayisədə həm müddət baxımından, həm də komfort baxımından daha əlverişlidir. Üstəlik yerli turpaketlərin əksərində nəqliyyat xərcləri, qarşılama, yolasalma kimi xidmətlər olmur.