Yeni ilin qadağan edildiyi ölkələr də var – SİYAHIbackend

Yeni ilin qadağan edildiyi ölkələr də var – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bu gecə 2023-ü yola salaraq yeni ili salamladı.

Bir çox ölkələrdə Yeni ilin gəlişi xüsusi qeyd olundu, atəşfəşanlıqla 2024-ə keçid edildi. Lakin bəzi ölkələr hökumətlərin qoyduğu qadağalardan dolayı yeni ili bayram deyil, sıradan bir gün kimi qarşıladı.

NOCOMMENT.az Cebhe.info-ya istinadən xəbər verir ki, Yeni il qeyd etməyən həmin ölkələrin siyahısını təqdim edir:

* Pakistanın Baş naziri Ənvaarul Hak Kakar televiziya çıxışında oktyabrın 7-dən bəri İsrailin ağır bombardmanlarına məruz qalan fələstinlilərlə həmrəylik əlaməti olaraq bütün Yeni il şənliklərinin qadağan edilməsinə qərar verildiyini açıqlayıb.

*2015-ci ildən bəri əksəriyyəti müsəlman olan Bruneydə bütün yeni il şənlikləri qadağan edilib.

*Tacikistanda da 2015-ci ildən etibarən bi bayramın keçirilməsinə qadağa qoyulub. Ölkədə ictimai yerlərdə Milad ağacları bəzədilə bilməz və atəşfəşanlıq nümayişi keçirilmir. Ölkədə yalnız bir şam ağacı simvolik olaraq bəzədilir.

* Somalidə də 2015-ci ildən yeni il tədbirləri qadağan edilib. Asayiş keşikçiləri müsəlmanların inancına xələl gətirə biləcək qeyd etmələrin ola biləcəyini əsas gətirərək bayram günlərində küçələri yoxlayır.

*2021-ci ildə hakimiyyətə gələn Taliban tərəfindən idarə olunan Əfqanıstan da bu cür qadağaları olan ölkələr siyahısına əlavə edilib.

*İranda da təqvim mart ayında dəyişdiyindən ölkədə bu bayram rəsmi səviyyədə qeyd edilmir. Xalq arasında da Milad bayramına xüsusi rəğbət yoxdur.