Yeni Klinika “ASAN Məktub” sosial proqramı ilə birgə uşaqların arzularını gerçəkləşdirdi – VİDEObackend

Yeni Klinika “ASAN Məktub” sosial proqramı ilə birgə uşaqların arzularını gerçəkləşdirdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinin tərəfdaşlığı ilə “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xeyriyyə aksiyası təşkil olunub.

NOCOMMENT.az -ın məlumatına görə, tibb müəssisəsinin rəhbər heyəti, əməkdaşları və ASAN könüllüləri Şirvan regionundakı 26 aztəminatlı ailənin uşaqlarının arzularını reallaşdırıb.

Layihə çərçivəsində “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı ilə könüllülərin təqdimatında “Tıq-Tıq xanım” tamaşası səhnələşdirilib.

Yeni Klinika tibb müəssisəsi olaraq əlçatan arzuların reallaşmasında təşkilati dəstək olan “ASAN Məktub” sosial proqramına təşəkkür edirik!