Nuridə Allahyarova Yeni Klinikaya vəzifəyə gətirilir? – FOTObackend

Nuridə Allahyarova Yeni Klinikaya vəzifəyə gətirilir? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsinə yeni kadr təyinatları davam edir.

NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, klinikanın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Nuridə Allahyarova gətirilir.
Hazırda sənədləşmə işlərinin aparıldığı bildirilsə də, N.Allahyarova Nocomment.az-a açıqlamasında faktı təsdiqləməyib.

Klinikanın mətbuatla əlaqələr işinə gətirilməsi gözlənilən N.Allahyarova cari ilin fevral ayına qədər Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edib. Daha öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan N.Allahyarova buna qədər Bakı Nəqliyyat Agentliyində, “BakuBus”da mətbuat katibi vəzifələrində, daha əvvəllər isə Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətində çalışıb.

Nuridə Allahyarova
Nuridə Allahyarova

Xatırladaq ki, Yeni Klinikanın əvvəlki İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmış İlham Məmmədov, klinikanın direktor vəzifəsini icra edən, Baş həkim Cavid Paşayevin işdən uzaqlaşmasından sonra ərizəsini yazaraq işdən çıxmışdı.