“Yeni klinika”da İTS çərçivəsində daha bir uğurlu əməliyyat icra olundu – VİDEObackend

“Yeni klinika”da İTS çərçivəsində daha bir uğurlu əməliyyat icra olundu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni klinika” tibb müəssisəsində ilk dəfə olaraq İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi daxilində torakoabdominal üsulla “İvor-Lewis” proseduru həyata keçirilib.

“Yeni klinika”dan NOCOMMENT.az -a verilən məlumata görə, üst GİS qanaması ilə müraciət edən pasiyentin endoskopik müayinəsində qida borusunun aşağı hissəsində qanayan lezyon müşahidə edilib. Qida borusunda şiş aşkar edilən xəstə təcili hazırlanaraq əməliyyata alınıb.

Məlumata görə, əməliyyat böyük bir cərrahi komanda ilə torakolaparoskopik üsulla (“İvor-Lewis” proseduru) icra olunub.

Əməliyyatın abdominal (qarın boşluğu) hissəsi Uzman Dr. Alim Əkbərov və Uzman Dr. Elçin Əlizadə tərəfindən, toraks (döş qəfəsi) hissəsi isə Uzman Dr. Elmar Məmmədov və Op.Dr. Ramil Kərimov tərəfindən icra olunub.

Bildirmək istəyirik ki, “Yeni klinika”da ilk dəfə olaraq Xidmətlər Zərfi daxilində “İvor-Lewis” proseduru uğurla icra olunaraq xəstənin əvvəlki sağlamlığına quvuşması təmin edilib.