“Yeni klinika”da növbəti tibbi seminar keçirildi – FOTObackend

“Yeni klinika”da növbəti tibbi seminar keçirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində növbəti tibbi seminar keçirilib.

NOCOMMENT.az -ın məlumatına görə “Yeni klinika” tibb müəssisəsinin direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayevin iştirakı ilə baş tutan tibbi seminarın keçirilməsində əsas məqsəd tibbin ən vacib mövzularında araşdırmaların aparılması və bu yöndə kollektiv müzakirələrin təmin edilməsidir.

Təşkil olunan seminarda həkim-terapevt Səbinə Fərzəliyeva “Pulmonar Tromboemboliya” (PTE) xəstəliyi haqqında araşdırma apararaq geniş təqdimatla çıxış edib.

Dr. Səbinə Fərzəliyeva xəstəliyin 3 böyük risk (major, orta və aşağı) faktorları, əlamətləri, müayinə və müalicəsi haqqında ətraflı məlumat verərək xəstəliyin vaxtında diaqnostikası və zaman itirmədən müalicəsinin ölüm riskini azaltdığını qeyd edib.

PTE xəstələrinin daha çox dispnoe (nəfəs darlığı), taxipnoe (sürətli nəfəs), ciddi sinə ağrısı, hemoptiziya (qanhayxırma) kimi şikayətlərlə müraciət etdiyini bildirən həkim risk vəziyyətini dəyərləndirmək üçün klinikada “Wells” və “Cenevrə” skorlarından istifadə olunduğunu bildirib.

Xəstəliyin müalicə metodları haqqında geniş müzakirələrin aparıldığı seminar sual-cavab sessiyası ilə yekunlaşıb.