Yeni Klinikada ilk dəfə İTS daxilində artroplastika əməliyyatı icra olundu – VİDEObackend

Yeni Klinikada ilk dəfə İTS daxilində artroplastika əməliyyatı icra olundu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində ilk dəfə olaraq icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində total bud-çanaq protezləşdirilməsi (artroplastika) əməliyyatı icra olunub.

NOCOMMENT.az xəbər verir ki, klinikaya sol bud-çanaq oynağında ciddi ağrı, aşağı ətraflarda 5 sm uzunluq fərqi, gəzə bilməmək şikayətləri ilə müraciət edən 58 yaşlı kişi xəstəyə aparılan müayinələrdən sonra soltərəfli 4-cü dərəcə bud-çanaq oynağı artrozu diaqnozu qoyulub.

Travmatoloq-ortoped Dr. Tural Behbudsoyun uğurla icra etdiyi total bud-çanaq protezləşdirilməsi əməliyyatından sonra xəstənin ağrıları tamamilə azalaraq uzunluq fərqi aradan götürülüb.

Aktiv həyatına geri dönən xəstə daha sonra ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, bud-çanaq oynağının total protezləşdirilməsi (artroplastikası), bud-çanaq oynağı ağır dərəcədə zədələnmiş xəstələrdə oynağın süni bir oynaqla dəyişdirilməsi əməliyyatıdır.