Yeni Klinikada “Mərhəmət evi” sığınacağının uşaqları müayinədən keçdilərbackend

Yeni Klinikada “Mərhəmət evi” sığınacağının uşaqları müayinədən keçdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinin və Sabirabad regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Könüldən Mərhəmət” adlı aksiya çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mərhəmət evi” uşaq sığınacağında olan uşaqların müayinəsi təşkil olunub.

NOCOMMENT.az -ın məlumatına görə tədbir çərçivəsində “Mərhəmət evi” sığınacağından olan 15 uşaq Yeni Klinikada müayinə olunaraq onlara ilkin zəruri tibbi dəstək göstərilib.

Həkim-pediatrların göstərişi ilə qanın ümumi analizi, ultrasəs müayinəsi və s prosedurlardan keçən uşaqlar həmçinin kardioloji, revmatoloji müayinələrdən keçiblər.

Bundan başqa sığınacaqdan gələn bir uşaq müayinə edilərək sünnət edilib.

NOCOMMENT.AZ