Yeni Klinikada “Stasionar şöbələrdə yıxılma riskinin qiymətləndirilməsi” təlimi keçirildibackend

Yeni Klinikada “Stasionar şöbələrdə yıxılma riskinin qiymətləndirilməsi” təlimi keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Keyfiyyətə nəzarət şöbəsinin təşəbbüsü ilə “Stasionar şöbələrdə yıxılma riskinin qiymətləndirilməsi” mövzusunda nəzəri təlim keçirilib.

NOCOMMENT.az xəbər verir ki, xəstələrin yıxılma nəticəsində xəsarətalma riskini minimuma endirmək məqsədi ilə stasionar şöbələrin tibb bacıları üçün tibb müəssisənin Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisləri Fərqanə Həsənova və Fidan Dadaşova tərəfindən nəzəri təlim keçirilib.

Təlimin əsas məqsədi dünyanın bir çox yerində xəstələrin yıxılması nəticəsində baş verən xəstəxanadaxili xəsarətləri nəzərə alaraq Yeni Klinikanın gündəlik fəaliyyətində pasiyentlərin təhlükəsizliyi, göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması və Xəstə Təhlükəsizliyinə dair Beynəlxalq Hədəflərə uyğun addım atmaqdan ibarətdir.

Qeyd edək ki, Yeni Klinikada xidmət səviyyəsinin artırılması istiqamətində həm tibbi və qeyri-tibbi personal üçün müxtəlif təlimlər keçirilir.