Yeni nəsil sayğacların tətbiqinə başlanılırbackend

Yeni nəsil sayğacların tətbiqinə başlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyi yeni nəsil sayğacların tətbiqinə başlayacaq.

“Azəriqaz”dan NOCOMMENT-ə verilən məlumata görə, yeni nəsil qaz sayğacları indiyədək tətbiq olunanlardan bir çox üstünlükləri ilə fərqlənəcək. Belə ki, sayğaca quraşdırılacaq xüsusi cihaz vasitəsi ilə insan faktoru olmadan, abonentlərlə birlik əməkdaşlarının təması olmadan sərfiyyat və müdaxilələrə nəzarət imkanı olacaq.

Mərkəzləşdirilmiş sistem imkan verəcək ki, abonentlər ödənişlərini onlayn qaydada həyata keçirsin.