Yeni polis xidməti yaradılır? – AÇIQLAMAbackend

Yeni polis xidməti yaradılır? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda turizm polisinin yaradılması təklif edilir.

NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, hesab edilir ki, turizm sahəsində baş verən qanunsuzluqların qarşısını almaq üçün ölkəmizdə turizm polisinin yaradılmasına ehtiyac var.

Sözügedən təkliflə bağlı danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı hesab edir ki, bu gün Dövlət Turizm Agentliyi öz işini yüksək səviyyədə qurub. Onun sözlərinə görə, turizmlə bağlı əsas diqqət yetirilməli olan məqamlar qiymətlərdir:

“Bu gün Dövlət Turizm Agentliyi öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirməkdədir. Bu agentliyə yeni rəhbər gəldikdən sonra onun fəaliyyətində ciddi dönüş olması özünü göstərir. Azərbaycanda turizmlə bağlı qanunvericilik aktları var. Ola bilsin ki, bunun gələcəkdə təkmilləşməsinə ehtiyac var. Sadəcə olaraq turistləri qəbul edən sahibkarlar öz işlərini dünya standartlarına uyğun olaraq yüksək səviyyədə qurmalı, xidməti ən yüksək səviyyədə həyata keçirməlidirlər. Qiymətlər də əlçatan olmalıdır. Bunlara fikir vermək lazımdır. Belə olarsa, Azərbaycanda turizmin çox böyük gələcəyi var”.

Deputat neqativ halların aradan qaldırılması üçün turizm polisi yaradılması təklifini dəstəkləyib:

“Turizm polisinin dünyada nə dərəcədə özünü ifadə edən bir qurum kimi fəaliyyət göstərməsi barədə məlumatım yoxdur. Hər halda əgər bu ölkəmizdə turizmin inkişafına və xoşagəlməz halların aradan qaldırılmasına xidmət edəcəksə, əlbəttə, buna müsbət yanaşmaq olar”.

Qeyd edək ki, Azərbaycan Turizm Blogerləri Assosiasiyası İdarə heyətinin üzvü Mirsəməd Cəfərli turizm sektorunda baş verən qanunsuzluqların qarşısını almaq üçün turizm polisinin yaradılmasını təklif edib. O əlavə edib ki, bu polis DİN tərkibində də yaradıla bilər.