Yeni rektorlar kimlərdir?backend

Yeni rektorlar kimlərdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiymiz kimi, Prezident İlham Əliyev bu gün iki universitetə yeni rektorlar təyin edib.

NOCOMMENT.az-ın məlumatına görə, dövlət başçısının müvafiq Sərəncamları ilə Yaqub Piriyev Bakı Mühəndislik Universitetinin, Rüfət Əzizov isə Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunublar.

Yaqub Piriyev bundan əvvəl Elm və Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri, Memarlıq və İnşaat İnstitutunun Nəqliyyat fakültəsinin dekanı vəzifələrində çalışıb.

Digər yeni təyin olunan rektor Rüfət Əzizov isə bu vəzifəyə qədər Təhsil İnstitutunun direktoru idi.

R. Əzizov Bakı Ali Neft Məktəbinin MBA proqramında (Dizayn Təfəkkürü və Lean Dizayn), Kimya Mühəndisliyi Magistratura proqramında və eləcə də Layihələrin İdarə Olunması Məktəbində (PMI sertifikat) dərs deyir. Eyni zamanda Oxford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir.