“Yəni Şəbnəm özünə o qədər düşmən qazanıb?” – Əli Mirəliyevdən həmkarına qınaqbackend

“Yəni Şəbnəm özünə o qədər düşmən qazanıb?” – Əli Mirəliyevdən həmkarına qınaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu dəqiqə aləm qarışıb biri-birinə. Kim nə istəsə edir. Hara istəsə, gedir. Deməyə söz tapmıram. Efirdə müəyyən hədd var ki, onu keçmək olmaz. Efirin də efir qaydası olmalıdır”.”

NOCOMMENT.az xəbər verir ki, bu sözləri 1xeber.media-a Şəbnəm Tovuzlunun efirə qadın cangüdənlər ilə çıxması haqqında danışarkən Əli Mirəliyev deyib.

O bildirib ki, TV-də belə şeylər etmək doğru deyil:

“İndi elə bir dövrdür ki, hamı “sərhədi” keçib. Şəbnəm haqqında nə deyim, bilmirəm. Pis qız deyil. Özü üçün oxuyur. Amma efirə cangüdənlərlə çıxmaq nədir? Bildiyim qədəri ilə, studiyada da aparıcılar, qonaqlar və verilişin çəkiliş heyətindən başqa heç kəs olmur. Özünü kimdən qoruyur? Cangüdənlə gəzmək də şəxsi işidir. Lakin oturub qıraqda gözləsinlər. Aşağıda oturub çay içsinlər. Verilişə çıxmağa ehtiyac yoxdur. Belə şeylər etmək olmaz. Yəni Şəbnəm özünə o qədər düşmən qazanıb? O qədər qorxur?”

Əli Mirəliyev qeyd edib ki, aparıcılar bu cür hərəkətləri qəbul etməməlidir:

“Şəbnəm mahnıları ilə insanların sevgisini qazana bilər. Efirdən kənarda bəlkə də düşmənləri var, lakin bu verilişə cangüdənlə çıxmağa əsas vermir. Bunu nə Aygün Kazımova, nə Röya, nə də Faiq Ağayev edib. Şəbnəm ilkə imza atıb, amma olmaz, düzgün deyil. O çalışmalıdır ki, sənəti ilə gündəmə gəlsin. Müğənni özünü müğənni kimi aparmalıdır.

Tolik də verilişə aparıcılıq edir, Şəbnəmə nə edəcək ki?!

İstənilən ifaçı konsertlərə cangüdənlə çıxa bilər. Çünki insanların sənə qarşı reaksiyasının nə olacağını bilmirsən. Lakin efir bu cür şeyləri qəbul etmir”.

Qeyd edək ki, müğənni Şəbnəm Tovuzlu bu gün yayımlanan “Tarixin bir günü” verilişinə xanım cangüdənlləri ilə birlikdə qatılıb. İfaçı qeyd edibki, hər yerə onlarla gedir və bu gün efirdə də yanında olacaqlar.