Yeni Zelandiyada yataqxanada dəhşətli yanğın: Ölənlər varbackend

Yeni Zelandiyada yataqxanada dəhşətli yanğın: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyanın paytaxtı Vellinqtonda hosteldə gecə saatlarında yanğın baş verib.

NOCOMMENT.az xəbər verir ki, Yeni Zelandiya rəsmiləri yataqxana kimi istifadə edilən binada baş verən yanğında ən azı 6 nəfərin öldüyünü və çox sayda insanın içəridə sıxışıb qaldığını açıqlayıb.

Vellinqton bölgəsinin yanğın və fövqəladə hallar üzrə məsul işçisi Nik Pyatt verdiyi açıqlamada, indiyədək binadan 52 nəfərin xilas edildiyini, lakin çoxlu sayda insanın içəridə sıxışıb qaldığını bildirib.

“Təəssüf edirəm ki, bu, çoxlu ölümlə nəticələnəcək bir hadisədir” deyə o qeyd edib.

Həyatını itirənlərin ailələrinə başsağlığı verən Pyatt bəyanatında “Bu, bizim ən pis kabusumuzdur. Bundan daha pis ola bilməz” ifadələrini səsləndirib.

NOCOMMENT.AZ