Yerin quru sahəsi azala bilər — Aysberq sürətlə əriyirbackend

Yerin quru sahəsi azala bilər — Aysberq sürətlə əriyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal istiləşmə nəticəsində Antarktidada bitki örtüyü artmağa başlayıb. Demokrat.az “Report”a istinadən xəbər verir ki, Ekseter, Hartfordşir Universitetinin və Britaniyanın Antarktika Xidmətinin alimləri son dörd onillikdə Antarktika yarımadasında bitki örtüyünün artdığını, yeni bitkilərin əmələ gəldiyini müəyyən ediblər. Mamır nümunələrinə əsaslanan əvvəlki tədqiqatlar göstərib ki, son onilliklərdə bitki artım templəri də kəskin şəkildə artıb. Tədqiqatçılar vurğulayıblar ki, bu proses bölgənin ekosistemini dəyişə biləcək invaziv növlərin yaranması riskinə səbəb ola bilər. 

NOCOMMENT.az xəbər verir ki, ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında iqlim dəyişikliyinin təsirlərinin qütblərdən də yan keçmədiyini deyib:

“Təkcə Antarktidada deyil, dünyanın bütün qütb ərazilərində temperatur tədricən artır. Bu da əlavə bitki örtüyünün yaranmasına, yeni ekosistemlərin formalaşmasına gətirib çıxarır. Hazırda Qrenlandiya kimi ərazidə kartof, kələm yetişdirilir. Ancaq 50 il bundan qabaq bu, mümkün deyildi. Bu tendensiya davam edərsə, yaxın onilliklərdə Antarktida buzlaqlarının tədricən əriyəcəyi gözlənilir. Buzlar qitədə milyon il əvvəl toplanmağa başlamışdı.

Buzların əriməsi planetimiz üçün təhlükəli nəticələr verə bilər. Okena səviyyəsinin artması, sahilə yaxın yaşayış yerlərinin, kənd təsərrüfatı sahələrinin suyun altında qalması baş verə bilər. Bu da Yer kürəsinin quru ərazinin azalması deməkdir. Optimist yanaşsaq belə Yer kürəsinin bir milyon kvadrat kilometrinin azalacağı gözlənilir. Daha da pis halda isə bu, 3 milyon kvadrat kilometr ərazi ola bilər. Bu ərazilər əhalinin sıx yaşadığı və iri şəhərlərin olduğu ərazilərdir. Dünya şəhərlərinin siyahısına baxsaq görərik ki, ən iri şəhərlər məhz sahil kənarında yerləşir. Bu da Yer kürəsində qlobal dəyişikliklərə gətirib çıxaracaq”.