Yevlaxda üç yaşlı uşaq faciəvi şəkildə öldübackend

Yevlaxda üç yaşlı uşaq faciəvi şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax rayonunda 3 yaşlı oğlan faciəvi şəkildə ölüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə ötən gün saat 10 radələrində Aran qəsəbəsində baş verib.

Belə ki, 2019-cu il təvəllüdlü Rahib Rövşən oğlu Cəfərquliyevin üstünə yaşadığı evdə paltar dolabı aşıb. Xəstəxanaya yerləşdirilən 3 yaşlı oğlan orada ölüb.

Rayon prokurorluğu tərəfindən faktla bağlı araşdırmalar aparılır.
Kriminalqafqaz.az