Yol kənarında “Dağ” düzəldənlər indi də beton sədd çəkir – FOTObackend

Yol kənarında “Dağ” düzəldənlər indi də beton sədd çəkir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri davam etdirilir. Dövlət başçısının qayğısı nəticəsində respublikamızdakı avtomobiı yollarının ən müasir standartlara cavab verərək çəkilməsi bütün sürücülərin, ölkə vətəndaşlarının  ürəyincədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol 2 hərəkət zolağı enində genişləndirilir.

Magistral yolda hər bir istiqamət üzrə 2 hərəkət zolağının xüsusi dəmir-beton maneələrlə digər zolaqlardan ayrılır. Bu məntiqlə zolaqlara daxil olan avtonəqliyyat vasitələri heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edəcək. Digər zolaqlarla hərəkət edən avtonəqliyyat vasitələrinin isə Biləcəri, Binəqədi və bu istiqamətdə olan qəsəbələrə, həmçinin Xırdalan şəhəri və şimal-qərb istiqamətində hərəkəti təmin olunacaq.

Amma bir sürücü kimi bəzi suallara cavab almaq istərdim. Nə üçün yolun hər iki istiqaməti üzrə zolaqların ortasıyla beton manelər düzülür? Biləcəridən üzü aşağı enəndə Sumqayıt – Masazır istiqamətinə iki zolaq, digər yan istiqamətlərə üç zolaq saxlanılır? Bunu hansı məntiqlə, hansı ağılla edirlər? Sumqayıt-Masazır istiqamətində ətraf qəsəbələrlə birlikdə təqribən 500 minə yaxın insan yaşayır. Onların birbaşa hətəkət istiqamətini iki zolaqla məhdudlaşdırmaq olarmı?

Digər tərəfdən bu iki zolaqda qəza baş verərsə, xilasetmə əməliyyatlarını helikopterlərlə həyata keçirəcəklər? Bəs manevr imkanları haqda inşaatçılarda hansısa bir anlayış var? Belə olan halda yolu genişləndirməyin nə mənası var idi? Hər halda bu haqda daha düşünülmüş qərarlar vermək lazımdır. Belə yanaşma hərbi-strateji yanaşma baxımından da  tam yanlış qərardır! Hələ ki, gec deyil. Bir işi iki-üç dəfə görmək asfalt çəkənlərin köhnə adəti olsa da, biz sürücülər əziyyət çəkirik və tez tez yolda onları  yada salırıq!

Lakin, heç də təəccüblü deyil ki, bir zaman bu yol kənarlarında dağ və təpələr yaradanlar indi də çıxış yolunu mağistralın beton sədlərlə ayrılmasında görüblər. Ən əsası isə yolun beton sədlərə ayrılması deyil, hərəkət intensivliyinin düzgün hesablanmamasındadır. Ölkə başçısının fərman və sərəncamlarını hərifi mənada icra edənlər yenə də hər gün bu yoldan istifadə edənləri zülmə salacaqlar. Zatən yolun üzərindəki bəzi obyektlər hər hansısa “səbəb”dən sökülmədiyindən tıxaclardan qaçmaq mümkünsüzdür.

Nə qədər gec deyil, bir qədər daha kreativ və yaradıcı yanaşın bu məsələyə cənablar!

Fadil Paşayev,

İlham Məmmədov,

KONKRET.az