Yolları var, amma bu istifadə edə bilmirlər – Badamdar sakinlərindən ŞİKAYƏT – VİDEObackend

Yolları var, amma bu istifadə edə bilmirlər – Badamdar sakinlərindən ŞİKAYƏT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sökülən evlərin yeri təmizlənmir, ətraf zibil poliqonuna dönüb…Artıq 4 aya yaxındır bu ərazidəki tullantılar sakinlərin probleminə çevrilib.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Səbayil rayonu Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 100 ünvanından gedir.

Sakinlər deyirlər ki, bir müddət əvvəl ərazidəki 3 fərdi yaşayış evi sökülüb. söküntü tez bir zamanda həyata keçirilsə də, amma ərazi aylardır təmizlənmir.

Yaranan vəziyyət bu yoldan istifadə edən sürücülər üçün də çətinlik yaradır.

Problemlə bağlı sakinlər dəfələrlə aidyyatı qurumlara müraciət etdiklərini deyirlər.

Məsələ ilə bağlı Səbail rayon icra hakimiyyətindən bildirildi ki, sözügedən ünvanda yeni mülkiyyətçi tərəfindən alqı-satqı yolu ilə alınmış qəzalı vəziyyətdə olan fərdi yaşayış evi sökülüb. Ərazidə abadlıq işləri aparılaraq təmiz saxlanılması barədə mülkiyyətçiyə məlumat verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.