Yunanıstan “qızıl viza” almaq şərtlərini sərtləşdirəcəkbackend

Yunanıstan “qızıl viza” almaq şərtlərini sərtləşdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan hökuməti ev alqı-satqısı və kirayə bazarındakı təzyiqlər fonunda xarici mülk alıcılarının “qızıl viza” əldə etmək üçün ödəməli olduğu minimum məbləği artıracaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” ölkənin Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

“Qızıl viza” ölkə iqtisadiyyatına investisiya yatırmaq üçün əldə edilə bilən yaşayış icazələri və ya pasportlardır.

Artıq əcnəbilər paytaxt Afina, ikinci ən böyük şəhər olan Saloniki, Mikonos və Santorini, eləcə də əhalisi 3100-dən çox əhalisi olan digər adalar kimi məşhur ərazilərə minimum 800 min avro sərmayə qoymalı olacaqlar.

Agentlik qeyd edib ki, avqust ayında Yunanıstan proqrama daxil olmaq üçün populyar ərazilərdə tələb olunan məbləği iki dəfə artıraraq onu 500.000 avroya çatdırıb.

Yeni dəyişikliklər martın 31-dən qüvvəyə minəcək və uzunmüddətli kirayə üçün mənzil təklifinin artırılmasına və “qızıl viza”nın mənzillərin və evlərin qiymətinə təsirinin aradan qaldırılmasına yönələcək.