Yunanıstanda Amerika tanklarının olduğu qatarın qarşısı kəsilibbackend

Yunanıstanda Amerika tanklarının olduğu qatarın qarşısı kəsilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan Kommunist Partiyası və onun gənclər təşkilatının üzvləri Aleksandrupolis limanından Bolqarıstana Amerika istehsalı olan tankları daşıyan yük qatarının qarşısını kəsiblər.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın “pentapostagma.gr” informasiya portalı məlumat yayıb.

Bundan əlavə, etirazçılar zirehli maşınların üzərinə qırmızı yazılar yazıb, ABŞ-a qayıtmaq çağırışı ediblər.

Solçular bayraqlarla qatarın qarşısında dayanıb, qatarı dayandırmağa, sonra isə geriyə getməyə məcbur ediblər.

Etirazçılar “Aleksandrupolis imperialistlərin qalası deyil, millətlərin limanıdır” şüarını səsləndiriblər.