Yunanıstanda yanğınsöndürən təyyarə qəzaya uğradı: 2 nəfər öldübackend

Yunanıstanda yanğınsöndürən təyyarə qəzaya uğradı: 2 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın paytaxtı Afinadan təxminən 200 kilometr uzaqlıqda yerləşən Eğribozun Platanistos bölgəsində yanğınsöndürən təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfərin həyatını itirdiyi bildirilib.

NOCOMMENT.az xəbər veriir ki, Yunanıstan Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada yanğınla havadan mübarizə zamanı CL-215 tipli təyyarənin bu gün saat 14:52-də Platanistos bölgəsində qəzaya uğradığı bildirilib.

Açıqlamada qəzada 34 yaşlı pilot Hristos Mulas və 27 yaşlı ikinci pilot Periklis Stefanidisin həlak olduğu qeyd edilib.

NOCOMMENT.AZ