Yunanıstanın baş nazirindən həddini aşan sözlər!backend

Yunanıstanın baş nazirindən həddini aşan sözlər!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər qalmaqallı açıqlamaları ilə davamlı olaraq Türkiyəni hədəfə alan Yunanıstan prezidenti Kiriakos Mitsotakis növbəti dəfə Ankaranı hədəf alıb.

NOCOMMENT.az xəbər verir ki, ‘Yunanıstan Türkiyənin heç bir hərəkətini qəbul etməyəcək’ deyən baş nazir qalmaqallı Türkiyə bəyanatına imza atıb.

Türkiyə və Ərdoğanın Avropa Birliyinin prinsip və dəyərlərinə uyğun olub-olmaması ilə bağlı suala Yunanıstanın baş naziri belə cavab verib;

“Aydındır ki, son illərdə təkcə Yunanıstan deyil, həm də Avropa İttifaqının Türkiyə ilə münasibətləri xeyli mürəkkəbləşib. Türkiyə Yunanıstan da daxil olmaqla bütün qonşuları üçün problemlər yaradan köhnə imperiya ambisiyalarını əks etdirir”.

Qeyd edək ki, Yunanıstanın baş naziri Miçotakisin ABŞ-da verdiyi açıqlamalardan sonra Türkiyə ilə Yunanıstan arasında münasibətlər gərginləşib.

Mitsotakis ad açıqlamadan Türkiyəni nəzərdə tutaraq, “Yunanıstan qonşularına dostluq əlini uzadır. Lakin biz suverenliyimizin, suveren hüquqlarımızın pozulmasına və Yunanıstan adaları üzərindən həddindən artıq uçuşlara dözməyəcəyik, buna dərhal son qoyulmalıdır” deyə açıqlama vermişdir.

Miçotakis bu açıqlaması ilə dolayı yolla F-16 təyyarələrinin Türkiyəyə satışına icazə verməməyi tələb edib.

Jalə Bədirova

NOCOMMENT.az