Yunanıstanın kral ailəsinin yeganə üzvü vəfat edibbackend

Yunanıstanın kral ailəsinin yeganə üzvü vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan və Danimarka şahzadəsi, tarixçi və yazıçı Maykl 85 yaşında paytaxt Afinada xəstəxanada vəfat edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Şahzadə 1939-cu il yanvarın 7-də anadan olub. O, yunan kralı I Georgenin sonuncu nəvəsi idi. Kral II Konstantinin 1967-ci ildə bir neçə ay hakimiyyəti ələ keçirmiş “qara polkovnikləri” devirmək üçün uğursuz cəhdindən sonra o, kral ailəsinin ölkəni tərk etməyən yeganə üzvü olub.

Şahzadə Mayklın atası, Yunanıstan və Danimarka şahzadəsi Kristofer (1888-1940) Kral I George və Kraliça Olqanın beşinci oğlu idi.

Agentlik yazır ki, Yunanıstan və Danimarka şahzadəsi 1970-ci ildən bəri onlarla əsər də nəşr edib. O, tarixi xarakterli mövzulara üstünlük verib, eyni zamanda kral ailə üzvlərinin tərcümeyi-hallarını yazıb.