Yunanıstanın Türkiyə ilə yaxınlaşmanın davam etməsini arzulayırbackend

Yunanıstanın Türkiyə ilə yaxınlaşmanın davam etməsini arzulayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın müdafiə naziri Nikos Panayotopoulos qeyd edib ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələdən sonra Türkiyə-Yunanıstan münasibətlərində yaranan yaxınlaşma dəyərləndirilməlidir.

NOCOMMENT xəbər verir ki, Ta Nea qəzetinə danışan Panayotopoulos çərşənbə axşamı Türkiyəyə səfəri üçün “əla qonaqpərvərlik, ailə mühiti, müsbət səmimiyyət” təriflərindən istifadə edib.

Panayotopulos ikitərəfli münasibətlərdə atmosferi yaxşılaşdırmaq üçün Türkiyədə müdafiə naziri Hulusi Akar ilə görüşdüyünü bildirib.

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ fəlakətinin ikitərəfli əlaqələr baxımından “fürsət pəncərəsi” yaratdığını ifadə edən Panayotopulos, “Bu fürsətdən yararlanmaq lazımdır” deyib.

Panayotopulos hər iki tərəfin dialoqa tərəfdar olduğunu vurğulayıb.