Yunis Səfərovun apellyasiya şikayəti üzrə qərar elan olundubackend

Yunis Səfərovun apellyasiya şikayəti üzrə qərar elan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşlarına qarşı terror aktı törətməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Yunis Səfərov və dəstə üzvlərinin şikayəti ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

NOCOMMENT apa-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkillərinin cinayət tərkibinə və cinayətin mahiyyətinə dair etirazlarının məqsədəuyğun sayılmaması qənaətinə gəlnib, apellyasiya şikayəti təmin edilməyib.

Yunis Səfərov və digərləri barəsində birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yunis Səfərov ömürlük, digər təqsirləndirilən 9 nəfər isə 18 ildən 20 ilə qədər müddətə azadlıqdan məhrum ediliblər.