Yuxarı Qarabağ su kanalında bir nəfər batıbbackend

Yuxarı Qarabağ su kanalında bir nəfər batıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) NOCOMMENT-a verilən məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə 1982-ci il təvəllüdlü Soltanov Osman Əfsər oğlunun batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.