Zaminin borcalanı izləmək və borcun ödənilib-ödənilməməsini yoxlamaq hüququnun olub-olmaması tez-tez mübahisə doğuran məsələdir. Maraqlıdır, zaminin borcalanı izləmək və borc ödənişini yoxlamaq hüququ varmı, yoxsa yalnız ödəmə öhdəliyi ilə bağlıdır?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, zaminin borcalanı izləmək kimi bir hüququ yoxdur:

“Ümumiyyətlə heç kəsin borcu izləmək hüququ yoxdur. Zamin yalnız o halda hərəkətə keçə bilər ki, ondan borc tutulub. Yəni zamin borcalana görə borcu ödəyibsə, artıq onun ixtiyarı var ki, borcalanı məhkəməyə verib, ödənilən məbləği ondan tələb etsin. Bu halda zamin kreditorun yerinə keçir. Əvvəl bank verirdi, indi isə zamin banka ödədiyi məbləği borcalandan istəyə bilər. Bunun da yeganə qanuni yolu məhkəmədir.”
Beləliklə, ekspertin sözlərinə görə, zaminin borcalanı “izləmək” hüququ yoxdur, onun səlahiyyəti yalnız borcu ödədikdən sonra, hüquqi qaydada ödənilən məbləğin geri alınması ilə məhdudlaşır.













