Zamiq hansı ifaçını “vicdansız” adlandırdı?backend

Zamiq hansı ifaçını “vicdansız” adlandırdı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sənəti olmayanlar bazara gedir. Birinci sənət öyrənin, sonra məhsulunuzu satın”.

NOCOMENT.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov “Afaqla 10lar” verilişinə açıqlamasında deyib. Sənətçi “bayağı mahnı” oxuyanları tənqid edib:

“Sənəti bilməyənlər, 2 mahnı ilə məşhur olanlar özünü elə aparır ki… Cılız görsənirlər. Haradan, necə çıxırlar maraqlıdır. Məşhur olmaq istəyirlər. Yaxşı ki, trend ləğv olundu. Trend elə o “oxuyancıqlar”ı aldadırdı.

Musiqi ilə geyim kimi oynayırlar: bu gün bunu geyinim, bunla bunu dəst edim. Musiqi ilə əl oyuncağı kimi zarafat edirlər. Musiqi ilə oynamaq vicdansızlıq, imansızlıqdır. Nə vaxtsa cəzalandırılmalıdırlar”.