Zaqatalada qətl törədilib.
NOCOMMENT.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı Zaqatala rayon sakini İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən biri 36 yaşlı Rasim Abbasov saxlanılıb.
Digər şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Xatırladaq ki, Zaqatalada bir həftə əvvəl tanışları tərəfindən ölümcül döyülən İ.Musayev dünən xəstəxanada ölüb. İ.Musayevin döyülərək komaya düşməsinə dözməyən atası Yusif Musayev isə bir neçə gün öncə ürək çatışmazlığından vəfat etmişdi.













