Zəfər Muzeyinin yeri ilə bağlı təkliflər Nazirlər Kabinetinə göndərilibbackend

Zəfər Muzeyinin yeri ilə bağlı təkliflər Nazirlər Kabinetinə göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində yaradılacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yerləşəcəyi məkanla bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib.

NOCOMMENT xəbər verir ki, bunu report-un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər.

“Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri hələ dəqiq müəyyənləşdirilməyib. Məkan barədə yekun qərar verildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”, – deyə nazirlikdən qeyd edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 3-də Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.