Ukrayna prezidenti Volodimir Zelenski artıq Kiyevə səfər edən Pentaqonun nümayəndələri ilə görüşüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “RBC-Ukrain” məlumat yayıb.
Nəşrin məlumatına görə, hazırda Zelenskinin ABŞ ordusunun naziri Den Driskoll və generallarla geniş tərkibdə görüşü başlayır.
Bu görüşdə digərləri ilə yanaşı, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da iştirak edir.
Xatirə SADİQ













