Zelenski Dünya İqtisadi Forumunda çıxış edəcəkbackend

Zelenski Dünya İqtisadi Forumunda çıxış edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Dünya İqtisadi Forumunun illik iclasının ilk tam günündə ön planda çıxış edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu gün Davosda keçiriləcək tədbirə ABŞ, Avropa İttifaqı, Çin, Yaxın Şərq və digər ölkələrin yüksək səviyyəli rəsmiləri də qatılacaq.

Zelenski ölkəsinin Rusiyaya qarşı uzun sürən və böyük ölçüdə dalana dirənmiş müdafiəsini siyasi liderlərə xatırlatmağa çalışacaq.

Onun bu səyi İsrail- HƏMAS müharibəsinin bütün dünyada böyük diqqəti cəlb etdiyi və Yaxın Şərqdə daha geniş münaqişə ilə bağlı narahatlıqların artırdığı bir vaxta təsadüf edir.