Zelenski: Krımın azad edilməsi…backend

Zelenski: Krımın azad edilməsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krımın və Sevastopolun İşğalına Müqavimət Günündə Ukrayna prezidenti Vladimir Zelenski Krım və istənilən digər torpaqlarla bağlı beynəlxalq hüququn qüvvəsini tam bərpa etmək üçün döyüşməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Zelenski “26-2-14: Krımda müharibə başlayıb” forumunun iştirakçılarına müraciətində bildirib.

O, vurğulayıb ki, müharibələrə səbəb olan şər məğlub olanda savaş vicdanla sona çatır. Və buna görə də ədalət hissi və sülh arzusu bir yerdə olmalıdır.

“Bu, xüsusilə Krımı unutmamağı tələb edir. Krım uğrunda döyüşməliyik. Rusiyanın Krıma gətirdiyi, sonra isə bütün Ukraynaya yayılmağa çalışdığı və başqa xalqların torpaqlarına da yayılmaq istədiyi şərə qarşı çıxmalıyıq”, – deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, bu gün bütün səviyyələrdə və bütün dünyada rus şərinə qarşı real müqavimət yaratmaq son dərəcə vacibdir.

“Biz Krımda və Ukraynanın bütün digər işğal olunmuş ərazilərində insanlar üçün mübarizə aparmalıyıq. Biz Krım və istənilən başqa torpaqların tam bərpası üçün mübarizə aparmalıyıq. Krım tatar xalqının fundamental hüququ var, hər bir xalq kimi, öz evində yaşamaq hüququ var”, – deyə prezident bildirib.

O, əmin olduğunu bildirib ki, bu məqamların hər birində qalib gəlmək rus revanşizmini söndürmək, yəni müharibəni faktiki olaraq bitirmək deməkdir. Zelenski Krımı unutmayan, Krımdakı səylərə kömək edən, eləcə də Ukrayna əsgərlərinə kömək edən və Krımda işğalçılara qarşı döyüşən hər kəsə təşəkkür edib.

Prezident vurğulayıb ki, dövlətin prioritet vəzifəsi bütün məhbusların, Ukraynadan deportasiya edilənlərin və krımlı siyasi məhbusların geri qaytarılmasıdır:

“Mən bu işdə bizə kömək edən bütün ölkələrə minnətdaram”.

“Biz Ukrayna şərtlərilə bu müharibəyə son qoya, torpağımızı və xalqımızı işğaldan geri qaytara və Rusiyanı etdiklərinə görə ədalətli məsuliyyətə cəlb edə bilərik. Amma bunun üçün mübarizə aparmaq lazımdır”, – deyə Zelenski əlavə edib.