Zelenski “Patriot” və F-16-nı istehsal edən şirkətlərlə bir araya gəldi – VİDEObackend

Zelenski “Patriot” və F-16-nı istehsal edən şirkətlərlə bir araya gəldi – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Budapeştdə amerikalı həmkarı Donald Trampla görüşə hazırlaşarkən Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin müdafiə sənayesini gücləndirmək məqsədilə Vaşinqtonda silsilə görüşlər keçirir.

NOCOMMENT.az xəbər verir ki, bu görüşlər barədə Zelenski öz telegram kanalında məlumatları və videonu paylaşıb.

Zelenski öncə “Patriot” hava hücumundan müdafiə sistemi istehsal edən “Raytheon” şirkətinin nümayəndələri ilə bir araya gəlib.

“Biz “Raytheon” şirkətinin istehsal imkanlarını, Ukraynanın hava hücumundan müdafiəsini və uzaq mənzilli imkanlarını gücləndirmək üçün əməkdaşlığımızın mümkün yollarını və Ukrayna-Amerika istehsalının perspektivlərini müzakirə etdik. Ukraynada həyatın qorunmasını gücləndirə biləcək qərarlar var. Biz onların icrasını təmin etmək üçün bütün səviyyələrdə işləyirik”, – Zelenski yazıb.

F-16 və digər hərbi təyyarələr istehsal edən “Lockheed Martin” şirkətinin nümayəndələri ilə görüşdən sonra Zelenski bildirib ki, ölkəsinin hava hücumundan müdafiə sistemləri və raketlərinə, həmçinin F-16 təyyarələrinə konkret tələbatından danışıb.

“Rusiya qışın başlaması ərəfəsində Ukraynaya qarşı getdikcə daha amansız zərbələr endirir və məhz indi hava hücumundan müdafiə sistemimizi gücləndirməyimiz zəruridir. Biz müdafiəmiz üçün lazım olan konkret addımları başa düşürük və onları həyata keçirmək üçün çalışırıq”, – deyə Ukrayna lideri vurğulayıb.

Zelenskinin sözlərinə görə, ABŞ-nin energetika naziri Kris Raytla görüşdə Ukraynanın enerji imkanları və enerji sahəsində potensial tərəfdaşlıq layihələri ətraflı müzakirə olunub.

“Rusiyanın Ukraynanın enerji sisteminə zərbələri və zədələnmiş obyektlərin tez bir zamanda bərpasının zəruriliyindən danışdım. Enerji sistemimizin işləməsi üçün lazım olan hər şeyi təmin etmək istəyinizə görə təşəkkür edirəm. Ukrayna ilə ABŞ arasında əməkdaşlığın inkişafı, xüsusən də Amerika biznesinin Ukraynada mövcudluğunu artırmaq bizim üçün vacibdir”, – deyə Zelenski vurğulayıb.

Xatirə SADİQ