Zelenski Rusiyanın Baltikyanı ölkələri işğal edəcəyini proqnozlaşdırıbbackend

Zelenski Rusiyanın Baltikyanı ölkələri işğal edəcəyini proqnozlaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev döyüş meydanında məğlub olarsa, Rusiya Baltikyanı ölkələrlə münaqişəyə başlaya bilər.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə NBC telekanalına müsahibəsində bildirib.

“Əgər Ukrayna dözməsə, Vladimir Putin Baltikyanı ölkələri mütləq işğal edəcək, o zaman Polşa və Almaniyanın bir hissəsi hücuma məruz qalacaq. Sadəcə ona görə ki, Putin SSRİ-nin “təsirini” qaytarmaq istəyir”, – deyə Zelenski bildirib.

Aprelin 21-i axşam Zelenski ABŞ ordusunun Rusiya ilə döyüşməli olmadığını, lakin ukraynalıların bunu etməsini yaxşı qərar adlandırıb.

Həmin gün məlum olub ki, Litva və Polşa Rusiyadan Suvalki dəhlizini müdafiə etmək üçün təlimlərə başlayıb.